Karyera və Məzunlarla İş Mərkəzi

Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi universitetin struktur bölməsidir və ali təhsilin ikipilləli strukturunda magistrantların və bakalavrların ixtisasyönümlü təcrübəsini təşkil etməli, məzunlara işə düzəlməkdə dəstək göstərməlidir.

KARYERA VƏ MƏZUNLARLA İŞ MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Əsas Fəaliyyət İstiqamətləri

  • Təhsilalanların elektron məlumat bazasının yaradılması

  • Karyera günlərinin təşkil olunması

  • Azərbaycan Respublikasının ali məktəblərində fəaliyyət göstərən Karyera və Məzunlarla iş Mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi

  • Təhsilalanların öz potensialını ortaya çıxarması üçün münbit şəraitin yaradılması

  • Təhsilalanların və məzunların irqi, dini, cinsi, mənşəyi, etnik, dil, əqidə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq inkişafının təmin edilməsi

  • Təhsilalanların və məzunların karyera inkişafı istiqamətində maraq və tələbatlarının nəzərə alınması

  • Təhsilalan və məzunların şəxsi və peşəkar inkişafına dəstək olunması

  • Təhsilalan və məzunların təcrübə proqramlarında iştirakına dəstək olunması

Mərkəzin Əsas Fəaliyyətləri

Karyera və Məzunlarla iş Mərkəzinin fəaliyyətinin əsas istiqaməti yerli və beynəlxalq şirkətlərlə, dövlət müəssisələri ilə əməkdaşlıq etməkdən ibarətdir. Eləcə də universitetə sənaye müəsissələrindən və uğurlu SDU məzunlarından nümayəndələrin dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunması istiqaməti Mərkəzin əsas fəaliyyətlərindən sayılır.

Karyera və Məzunlarla iş Mərkəzi təhsilalanların qısa və uzunmüddətli kurslara və təlim proqramlarına cəlb olunmasına, Karyeraya dair tədbirlərin keçirilməsinə, məzunların ixtisaslarına uyğun iş imkanlarının müəyyən edilməsinə və s. kimi məsələlərə dəstək göstərir.

Mərkəzin fəaliyyətini daha da genişləndirmək məqsədilə daima yenilənən "SDU_ Karyera və Məzunlarla iş Mərkəzi" adlı sosial platformalar mövcuddur. Məqsəd məzun və tələbələrin iş axtarışına dəstək olmaq, müxtəlif təlimlər barədə onlara məlumatları yönləndirmək, tələbələr üçün simulyasiya tipli müsahibələrin keçirilməsi barədə məlumatlar ötürməkdən ibarətdir.